• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Le Huffington Post”: “Azərbaycan dünya idman xəritəsində yerini tutur”

“Le Huffington Post”: “Azərbaycan dünya idman xəritəsində yerini tutur”

Fransanın “Le Huffington Post” nəşri Azərbaycanın idman siyasətindən yazıb.


Publika.az xəbər verir ki, məqalədə çətin geosiyasi coğrafiyada yerləşmən Azərbaycanın Avropa idmanına töhfə verdiyi bildirilir: “İdman bu və ya digər formada siyasətlə bağlıdır. Adətən, dünyada müsbət imicin formalaşması və ölkənin təbliği üçün idman ən yaxşı vasitələrdən biri hesab olunur. Azərbaycan da bu vasitələrdən istifadə edir. Napoleonun bir ifadəsi var: “Dövlətlərin siyasəti onların yerləşdiyi coğrafiyanın girovuna çevrilir”. Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiya, həqiqətən də, bu ölkənin siyasi kursunu izah edir. Bu gənc ölkə 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib.

Əhalisinin sayı 10 milyona yaxındır. Bu ölkə olduqca narahat coğrafiyada yerləşir. Onu Cənubdan İran, Şimaldan Rusiya əhatələyib. Şərqdə zəngin neft ehtiyatlarına malik Xəzər dənizi var. Qərbdə isə Dağlıq Qarabağ münaqişəsinin yaşandığı Ermənistanla sərhəddir. Türkiyəni dəstəkləyən Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq siyasətini genişləndirir. Bu ölkənin iqtisadi inkişafı və imkanları genişdir. Hətta neft qiymətlərinin düşməsi belə bu neft ölkəsinin iqtisadiyyatına çox az təsir edib”.


Məqalədə Azərbaycanın I Avropa Oyunlarının yüksək səviyyədə keçirdiyi vurğulanır. Qeyd olunur ki, Avropa tarixində ilk oyunları keçirməklə Azərbaycan Avropanın bir hissəsi olduğunu sübut etdi.


“Bu həm də ölkənin dünyada təbliği üçün vacib idi. Avropa Oyunlarının mükəmməl təşkili ilə Azərbaycan özünü məhdudlaşdırmır. Azərbaycan özünü futbolda da sınamaq fikrindədir. Buna qədər İspaniyanın “Atletico Madrid” futbol klubun formasında Azərbaycanın adının yazılması ölkənin təbliği üçün əla vasitələrdən idi. Misal üçün, bu klub 2014-cü ildə İspaniya Liqasının finalında oynayanda bunu 200 ölkədə göstərdilər. Bu həm də Azərbaycan adının bu qədər geniş çevrədə tanınması idi. Artıq Avro-2020-nin bir neçə oyunun Bakıda keçirilməsi haqda da qərar verilib. Göründüyü kimi, Azərbaycan dünya idman xəritəsində öz yerini tutur”, - deyə məqalədə bildirilir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR