Dörd il manatın məzənnəsi dəyişməyəcək
Bizi izləyin

Banklar

Dörd il manatın məzənnəsi dəyişməyəcək

Qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro 1 manat 13 qəpik civarında nəzərdə tutulub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, 2016-cı ildə və qarşıdakı 3 ildə ölkədə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə daxil olan valyutalara nisbətdə dəyişməz qalacağı gözlənilir.

Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirləri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin ucuzlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.

Bank qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm