“Bank of Baku”nun rəhbəri vəzifəsindən azad olundu
Bizi izləyin

Banklar

“Bank of Baku”nun rəhbəri vəzifəsindən azad olundu

“Bank of Baku”nun rəhbəri vəzifəsindən azad olundu

Onu Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayev əvəzləyib

“Bank of Baku”nun Müşahidə Şurasının sədri dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, dünən Müşahidə Şurasının sədri Elçin İsayev vəzifəsindən azad olunub. Yeni sədr isə Elmir Həbibullayev təyin olunub. E. Həbibullayev bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının baş direktoru olub.

Qeyd edək ki, bir neçə həftə əvvəl "Qafqazinfo" "Bank of Baku"da MTN tərəfindən əməliyyatın keçirildiyi və və bankın müşahidə şurasının sədri Elçin İsayev də başda olmaqla bir sıra yetkili şəxslərin saxlanıldığı barədə xəbər yaymışdı. Sonradan bankda əməliyyat keçirilməsi təsdiqlənsə də, E. İsayev həbs xəbərini təkzib etmişdi.

Dünən isə Elçin İsayev vəzifəsindən azad olunub. Redaksiyamıza daxil olan məlumata görə, sədrin vəzifəsindən azad olunmasına səbəb elə həmin əməliyyatdır. Yaxın günlərdə E. İsayevlə bağlı digər qərarların veriləcəyi də gözlənilir.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən bankın eks müşahidə şurasının sədri Elçin İsayev vəzifədən azad olunmasının prosedur qayda ilə əlaqələndirib. Onun sözlərinə görə, əslində vəzifəsi və məsuliyyəti artıb:

"İndi Müşahidə Şurasının üzvüyəm. Sədrin baş müşaviriyəm. Eyni zamanda da bankın təsisçilərindən biriyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm