Banklar
UNİBANK-ın CALL-CENTER-i indi saat 22.00-dək işləyir (R)
İşdən evə gəlmisiniz və iş günündə bankınızla bağlı sizi maraqlandıran, amma vaxt edib öyrənə bilmədiyiniz suallara cavab tapmaq üçün ən gözəl zamandır.
Sadəcə, 117 xidmətini yığırsınız, nə qədər sualınız varsa, Unibankın müştəri xidmətlərinin telefonun o başında, sizi dinləyən əməkdaşına ünvanlayırsınız : cari hesabınıza pul oturubmu, siz nə qədər kredit götürə bilərsiniz, hansı depozit növünə vəsait qoymaq istəyirsiniz, hansı pulköçürmə xidmətindən istifadə etmək istəyirsiniz və s. Bunun üçün kifayət qədər vaxtınız da var.
Çünki, artıq Unibankın 117 məlumat mərkəzi xidmət saatlarını artırıb. İndi bankın müştəri xidməti həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir. Unibank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.
Unibank hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov