“Bank rəhbəri prezidentin şəxsi kassiridir” - İddia
Bizi izləyin

Banklar

“Bank rəhbəri prezidentin şəxsi kassiridir” - İddia

“Bank rəhəbri prezidentin şəxsi kassiridir” - İddia

Putin nədən qorxur? "Uoll Strit Journal "qəzeti bu suala cavabında yazır:“ABŞ-ın sanksiya qoyduğu “Bank Rossiya” Rusiya rəsmilərinin fərdi bankıdır. Bankın rəhbəri Yuri Kovalçuk isə Putinin kassiridir”.

Publika.Az – ın “Azadlıq radiosu"na istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ nəşri “Putin nədən qorxur” sualına cavab olaraq yazıb.ABŞ Maliyyə Nazirliyinin bunu yalnız indi söylədiyini yazan qəzet eyni sözlərin 2004-cü ildə İvan Rıbkin tərəfindən dilə gətirildiyini qeyd edib.

“ABŞ-da, onun müttəfqilərində Putin barədə daha hansı fayllar var. Onları niyə açmırlar? Vaxtilə “Bank Rossiya” Vladimir Putin Sankt-Peterburqda mer müavini olanda ərzaq üçün ayrılan 93 milyon dolları Putinə ötürməkdə şübhəli bilinirdi”, - “Wall Street Journal” bildirib. Qəzet Putinin yüksəlişinin 1999-cu ildə - Moskvada yaşayış binasında 300 adamın ölümünə səbəb olan partlayışdan sonra başlandığını iddia edir. Yazıda “Moskovskaya Pravda” və İtaliyanın “La Stampa” qəzetlərinin partlayışı Rusiya dövlətinin özü tərəfindən törədilməsi barədə iddiaları xatırlanır.

“Ryazanda da bir binaya 3 nəfər partlayıcı qoyanda tutuldu. Sonra məlum oldu ki, onlar təhlükəsizlik agentləridir. 36 saat ziddiyətli izahatlar verəndən sonra Kreml bunun məşq olduğunu bildirdi”, - qəzet qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm