Dollar 1,49 manatdan da aşağı düşdü
Bizi izləyin

Banklar

Dollar 1,49 manatdan da aşağı düşdü

Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.4893 manat olub.

Bu barədə “Marja”ya bank sektorundan bildirilib. Mərkəzi Bank 25 may üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaq. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı qiymət ətrafında olur.

Əgər sabaha olan USD/AZN məzənnəsi 1.4893 səviyyəsində elan olunarsa, bu dolların manat qarşısında növbəti ucuzlaşması deməkdir (bu gün USD/AZN 1.4929). Baxmayaraq ki, bu gün Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitin hamısı Mərkəzi Bank və kommersiya bankları tərəfindən alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm