• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“NBS Bank”-a əmanət qoymayın!

  • Banklar
  • 9 Aprel 2014 17:00
  • 4 322 Baxış
“NBS Bank”-a əmanət qoymayın!

İlin sonuna ölkədə bir sıra bankların konsolidasiyası istisna deyil. Mərkəzi Bank 2015-ci ilə qədər məcmu kapitalının həcmi az, eləcə də maliyyə siyasətində problemi olan banklarla problem həll etmək niyyətindədir.

Sual doğuran məsələ siə budur: Kİm gedəcək?

Düzdür, artıq bəzi bankların adları çəkilir. Hansı ki bu sıraya “Bank of Azerbaycan”, “AtaBank” , “DekaBank”, “DemirBank” , “NBS Bank” və digərləri daxildir. Diqqəti çəkən sözügedən bankların yüksək vədlərlə əmanət cəlb edərək öz vəziyyətlərini yüngülləşdirməyə, etibarlı olduqlarına dair imic yaratmağa çalışmasıdır. Xüsusilə,”NBS Bank”da analoji vəziyyət müşahidə edilir.

Publika.Az ,”NBS Bank”la bağlı növbəti araşdırmasını təqdim edir

Vaxtı keçmiş kreditlər

İlk əvvəl bankın maliyyə hesabatlarına nəzər yetirək. 2010-cu ildə bankın kredit portfelinin həcmi 42,758 manat təşkil edib. Onun 5,169 manatının – 12, 09 faizinin vaxtı keçib. Təhlükəli kreditlər 1,066 manat, ümidsiz kreditlər 2,786 manat təşkil edib. İri kredit borclarının məbləği 2,884 manat olub. İri kredit borclarının məcmu kapitala nisbəti 16.40% təşkil edib. 2013-cü ildə bankın kredit portfelinin həcmi 97,751 manat olub.

Bu məbləğin 76,115 manatı fiziki şəxslərə verilən kreditlər olub. Vaxtı keçmiş kreditlərin ümumi məbləği 5,923 manat olub (kredit portfelində xüsusi çəkisi 6.06 faizə çatıb). Fiziki şəxslərə verilmiş kreditlərdə vaxtı keçmiş kreditlərin həcmi 4,915 manat olub. Hansı ki, 2012-ci ildə fiziki şəxslər üzrə vaxtı keçmiş 4,644 manat olub. Göründüyü kimi ötən il vaxtı keçmiş kreditlərin həcmi artıb.

Bundan əlavə, İri kredit borclarının məbləği 7,480 manata olub. İri kredit borclarının məcmu kapitala nisbəti 19.28 faiz təşkil edib. Digər tərəfdən, bankın kredit portfelində xidmət və ticarət sahəsinə verilmiş kreditlərin həcmi fiziki şəxslərə verilən kreditlərdən sonra ikinci sırada dayanır. Əslində bu da normaldır. Çünki bank sözdə partnyor, əslində “Nurgun Group”un sahiblərinə aid ticarət obyektlərinin mallarının kreditlə satışını aparır. Bu kreditlər üzrə də vaxtı keçmiş kreditlərin həcmi əvvəlki illə müqayisədə artıb.

Bütün bunlarla bərabər 2013-cü ildə bankın vergilər ödənildikdən sonra xalis mənfəəti 448 manat olması diqqət çəkir. Bankın mənfəəti digər banklarla müqayisədə yüksək deyil.

“NBS Bank”ın hesabatları ilə bağlı bir məqam da var. O da audit hesabatlarının xarici dildə, sadəcə auditorun rəyindən ibarət olması.

Əmanətlər üzrə yüksək faiz siyasəti

Bankın 1 aprel 2014-cü il tarixinə olan məlumatına görə, fiziki və hüquqi şəxslərin depozit portfeli 63 milyon manata yaxınlaşıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 45% artım deməkdir. Cari ilin 1-ci rübü ərzində bankın depozit portfelində 10% civarında artım qeydə alınıb. Hesabat dövrü ərzində fiziki şəxslərdən qəbul edilən depozit növlərində artım daha çox nəzərə çarpıb. Bildirdirilir ki, bu da bank tərəfindən pərakəndə bankçılığın inkişafı istiqamətində aparılan tədbirlər silsiləsinin tərkib hissəsidir. Gəlin, tədbirlərin məzmununa diqqət edək:

Bütün banklarda əmanətlər üzrə faiz dərəcələri 7-9 faiz təşkil etdiyi halda “NBS Bank”da bu sahədə “gülstanlıqdır”. Məsələn, götürək bankın” Müddətli depozit”lərini. Bu depozit lər üzrə manatla əmanət yerləşdirərkən illik 11 faiz tətbiq edilir. “YUBİLEY Əmanəti” üzrə faizlər daha yüksəkdir. Manatla 1 illik 12 faiz,2-5 illik isə hətta 13 faizə yüksəlir. “Portmone depoziti” üzrə faizlər 1 ilədək 10-12%, 2-5 ilədək olduqda 10-13 faizlə qəbul edilir. Depozitin minimal məbləği 500 manat təşkil edir.

Xatırladaq ki, ötən ilin avqust ayının 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-dən 10%-dək azaldılıb. Bu da o deməkdir 10 faizdən yuxarı yerləşdirilən əmanətlər qorunmur. Amma “NBS Bank” 12 hətta bir sıra hallarda 13 faizlə əmanət cəlb edir. Qanundan xəbəri olmayan vətəndaşlar bankın “yağlı”vədlərinə inanıb 10 faizdən yuxarı pulunu banka qoymaqla riskə gedir.

Nəzərə alsaq ki, “NBS Bank” ın maliyyə göstəriciləri, bazar kapitalizasiyası yüksək deyil, müəyyən iflas vəziyyətində bankdakı 12-13, hətta 11 faizlə yerləşdirilən əmanətlərin 1 qəpiyi də qaytarılmayacaq. Digər tərəfdən qorunan əmanətə görə ödənilən kompensasiyanın məbləği 30 min manat təşkil edir.Yəni banka 50 min manatınızı əmanət etmisiznizsə sığorta hadisəsi baş verdikdə onun 30 min manatı qaytarılır. Banka fərdi müraciət etdiyimiz zaman bildirdilər ki, istənilən həcmdə pul yerləşdirmək mümkündür. “Hətta məbləğ 100 min AZN olduqda onun 3 ayrı adamın adına da yerlədirə bilərsiniz. Ya da bütöv şəkildə” deyə bildirdilər.

Bankın saxta partnyorları

Əvvəldə qeyd etdiyimiz kimi, həcminə görə kredit portfelində xidmət və ticarət sahəsinə verilmiş kreditlər ikinci sıradadılar. Əslində bank “Nurgun Group”un sahiblərinə yaxın ticarət obyektlərinin mallarını bazar dəyərindən iki qat baha satışını reallşadırır. Konkret, partnyorların siyahısına nəzər yetirək. “Səma”(mebel), Soft Life Mebel (mebel), Arveks (mebel salonu), 2 Təkər (Brend Velosiped), Arcelik-Baş mağaza, Arcelik , Xəzər Mebel, Casa-Bella, Star Electroniks, İnterturan Mebel və sair.Bütün adı çəkilən obyektlərin bankın səhmdarları, şirkətin rəhbərliyi ilə bağlılığı var. Konkret, İnterturan Mebel “Nurgun Group” un sahibi Nuru Əliyevə məxsusdur.

“NBS Bank” “Nurgun Group” a aid deyil?

“NBS Bank” ictimai rəydə “Nurgun Group”la bağlılığı olmadığına dair fikir yaratmağa çalışır. Əvvəla, bank şirkətin maliyyə bölməsində yer alır. O cümlədə Müşahidə Şurasının sədri Yalçın Əzizov “Nurgün Qrup” MMM-nin vitse prezidentidir. Bu qədər fakt məncə yetərlidir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR