Rusiyaya daha bir zərbə
Bizi izləyin

Banklar

Rusiyaya daha bir zərbə

Rusiyaya daha bir zərbə

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Standart and Poor's” Rusiyanın kredit notunu dəyişdirib.

Təşkilat Ukraynadakı hadisələr və Rusiyaya qarşı sanksiya qərarlarından sonra ölkənin notunu BBB-yə endirib.

Publika.Az xeber verir ki, S&P's ölkədəki xarici sərmayələrin sürətlə azalmasını əsas gətirərək “bu hələ də kövrək vəziyyətdə olan inkişaf məlumatlarına əhəmiyyətli zərər verəcək" bəyanatını verib. İlin ilk üç ayında Rusiyada 37 milyard avroluq sərmayənin ölkə xaricinə çıxarıldığı təxmin edilir. Moskva rəhbərliyi isə qərarın "iqtisadi deyil siyasi olduğunu" bildirib.

Bu arada ölkədə inflyasiya da artıb. Aprelin 21-nə olan hesabata əsasən ölkədə illik inflyasiya 7,2 faizə çatıb. Hansı ki 2014-cü ilin 11 mart tarixində həmin rəqəm 6,4 faiz təşkil edirdi. Martda baza inflyasiyası 6, fevralda isə 5 faiz olub. Ölkədə əsasən donuzun, süd məhsullarının və benzinin qiyməti qalxıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm