10 bank 700 milyon manat kompensasiya ödədi
Bizi izləyin

Banklar

10 bank 700 milyon manat kompensasiya ödədi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Publika.az-a verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 786 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 256 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 5 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 70 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 193 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16,073 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 404 mln. 535 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 690 mln. 885 min manatdan artıq kompensasiya ödənilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm