Uçot dərəcəsinin azaldılması bank faizlərinə təsir etməyəcək
Bizi izləyin

Banklar

Uçot dərəcəsinin azaldılması bank faizlərinə təsir etməyəcək

Uçot dərəcəsinin azaldılması bank faizlərinə təsir etməyəcək

Mərkəzi Bank bu gündən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə, faiz dəhlizinin yuxarı həddini 7%-dən 6%-ə, aşağı həddni isə 1%-dən 0.5%-ə endirib.

Bankın məlumatına görə, bu addım inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçündür.

Bankdan bildiriblər ki, manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Makroiqtisadi sabitlik möhkəmlənmiş, inflyasiyanın daha da azalması müşahidə olunmuş, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib.

Mərkəzi Bankın qərarını Publika.Az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu addım sektorda və eləcə də monetar siyasətdə baş verən dəyişikliklər ilə əlaqələndirilsə də bank sistemdə reallıqda cari ilin birinci rübündü daha çox “oyun qaydalarna “ inzibati müdaxilə müşahidə olunub: “Əvvəlla, bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır. İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin yenə əhəmiyyətli rəqəm ilə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz endirimlərinə, eləcə də bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz. Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından qərar bütün bank sektorunu əhatə edə bilmir.Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur. Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür. Bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur. Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyilərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığ üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır”. V.Bayramov deyir ki, ilin birinci rübündə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişiklilər baş vermədiyindən kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilməyib: “Kredit faizləri yüksək olaraq qalmaqdadır. Bunun aşağı salınması istiqamətdə Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrdə dividentlər ilə təklif edilən kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentləri banklar üçün yeganə maliyyə mənbəsi olmadığını da nəzərə aldıqda da belə bu isə iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı: “Hazırda ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyətə heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm