"Unibank" aprel şəhidinin ailəsinin borcunu bağışladı
Bizi izləyin

Banklar

"Unibank" aprel şəhidinin ailəsinin borcunu bağışladı

Bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının banka olan kredit borcunun bağışlanmasına qərar verib.

"Unibank"dan verilən məlumata görə, bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının banka olan kredit borcunun bağışlanmasına qərar verib.

Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır.

Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir.

Eyni zamanda, bu məsələni gündəmə gətirdiyi üçün bank mövzunu işıqlandıran kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm