Mərkəzi Bank jurnalistlər arasında müsabiqə elan edir
Bizi izləyin

Banklar

Mərkəzi Bank jurnalistlər arasında müsabiqə elan edir

Mərkəzi Bank jurnalistlər arasında müsabiqə elan edir

Mərkəzi Bank jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda ən yaxşı məqalə müsabiqəsini elan edir.

Mərkəzi Bankdan Publika.Az-a verilən məlumata görə, müsabiqənin keçirilməsinin məqsədi kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin nağdsız ödənişlərin üstünlüklərinin daha aktiv təbliğ edilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin ictimaiyyətin daha geniş məlumatlandırılmasına cəlb edilməsidir. Müsabiqəyə 2014-cü ilin may-oktyabr ayları ərzində mərkəzi və regional elektron və çap KİV-də müsabiqənin mövzusuna uyğun nəşr olunmuş yazılar qəbul olunur.

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 500, 300, 150 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaq. Məqalələr 10 noyabr 2014-ci il saat 18.00-dək, Mərkəzi Banka şəxsən təqdim edilməli və ya elektron formada [email protected] ünvanına göndərilməlidir. Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilib. İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm