Bankların borcu artıb
Bizi izləyin

Banklar

Bankların borcu artıb

Bankların cəmi öhdəliklərinin həcmi 25 milyard 579,4 milyon manat təşkil edib.

2016-cı ilin dekabrın 1-nə bankların cəmi öhdəliklərinin həcmi 25 milyard 579,4 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Qeyd edilir ki, oktyabrla müqayisədə noyabrda bankların cəmi öhdəliklərinin həcmi 964,8 mln. manat və 3,37% artıb. Sentyabrla müqayisədə isə oktyabrda bankların cəmi öhdəlikləri 765,8 mln. manat və ya 2,61% azalıb. Ümumiyyətlə, sentyabrla müqayisədə noyabrda bankların cəmi öhdəlikləri 199 mln. manat və ya 0,68% artıb.

Bank sektorunun cəmi aktivləri isə 31 869,0 milyon manat təşkil edib. Banklarda fiziki şəxslərin depozitlərinin həcmi 7 583,8 milyon manat olub. Hansı ki, bu sentyabr ayı ilə müqayisədə azalma (7 794,4milyon manat) , oktyabr ayı ilə müqayisədə isə artım (7 396,0 milyon manat) deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm