Azərbaycanda uçot dərəcəsi artırılacaq? - RƏSMİ
Bizi izləyin

Banklar

Azərbaycanda uçot dərəcəsi artırılacaq? - RƏSMİ

Azərbaycanda uçot dərəcəsi artırılacaqmı?

Əvvəlki illərdə olduğu kimi, cari ildə də uçot dərəcəsi makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya riskləri, maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd olunub ki, uçot dərəcəsində dəyişiklik olduğu təqdirdə ictimaiyyət bu barədə məlumatlandırılacaq:

"Mərkəzi Bank rəhbərliyinin bank ictimaiyyəti ilə müntəzəm görüşlərində bank sisteminin likvidlik mövqeyi və Mərkəzi Bankın pul siyasəti alətlərinin təkmilləşdirilməsi məsələləri də müzakirə olunur. Xatırladaq ki, Mərkəzi Bankın likvidlik alətləri üzrə faiz dərəcələri “faiz dəhlizi” çərçivəsində müəyyənləşdirilir. Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edərək bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçirilir".

AMB-dən bildirilib ki, vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatları (1-7 günlük REPO) faiz dəhlizinin aşağı həddi (hazırda 12%) ilə aparılır:

"Vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə (hazırda 18%) aparılır. Açıq bazar əməliyyatları isə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir. Bu zaman vəsaitlərin cəlb olunması üçün nəzərdə tutulan açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Belə əməliyyatlara hərraclar vasitəsilə depozitlərin cəlb edilməsi, habelə Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası aiddir. Vəsaitlərin yerləşdirilməsi üçün nəzərdə tutulan, yəni emissiya xarakterli açıq bazar əməliyyatları isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm