Rusiyada bank sistemi dəyişir
Bizi izləyin

Banklar

Rusiyada bank sistemi dəyişir

Bəzi banklar xaricdə müxbir hesabları aça və yüksək riskə malik qiymətli kağızlarla işləyə bilməyəcək.

2019-cu ilin 1 yanvar tarixindən etibarən 1 milyard rubla qədər kapitala sahib banklar baza lisenziyası almalı olacaqlar.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Duması tərəfindən qəbul edilən “Çoxmərhələli bank sistemi haqqında qanun” layihəsində bildirilir. Qanun layihəsinə əsasən, kredit təşkilatlarını iki növ lisenziya üzrə ayırmaq təklif edilir – 1 milyard rubla qədər kapitala sahib olan banklar baza lisenziyası, 1 milyard rubl və ondan daha çox kapitala sahib təşkilatlar isə universal lisenziyası əldə edəcək.

Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoliy Aksakov qeyd edib ki, baza lisenziyasına sahib banklar üçün nəzarət yükü və tənzimləyici tələblər iki dəfə endiriləcək. Bununla yanaşı, onlar yerinə yetirilən əməliyyatlar toplusu ilə kifayətlənəcək. Ümumilikdə, belə banklar ölkədən xaricdə müxbir hesabları aça və yüksək riskə malik qiymətli kağızlarla işləyə bilməyəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm