AMB depozit hərracının büdcəsini 50% artırdı
Bizi izləyin

Banklar

AMB depozit hərracının büdcəsini 50% artırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini 50% artırıb.

Bu barədə AMB xəbər verir.

Belə ki, qurum bu gün keçirəcəyi depozit hərracında 300 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm martın 17-də keçirilmiş son hərracda 200 mln. manat olub.

AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 37,5% çox – 275 mln. manat olması ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm