Banklar
"Unibank"ın yeni filialı fəaliyyətə başladı
Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran "Unibank"dan xoş xəbər var. Artıq Unibank filialını tapmaq daha ASAN oldu. Bankın 1 saylı ASAN Kommunalda (Həsən Əliyev 36) yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və digər xidmətlərin mövcud olduğu bir ünvanda yerləşən filial, müştərilərinə geniş bank xidmətləri təklif edir. Filial müştərilərə kassa hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibankın ASAN Kommunalda yerləşən filialına müraciət edə bilər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə edə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO