“Bank of Azerbaijan”dan birləşmə xəbərinə münasibət
Bizi izləyin

Banklar

“Bank of Azerbaijan”dan birləşmə xəbərinə münasibət

“Bank of Azerbaijan” birləşmə ilə bağlı xəbərlərə münasibət bildirdi

Mətbuatda “Bank of Azerbaijan” da yaranmış maliyyə probleminin getdikcə daha da dərinləşdiyinə dair xəbərlər yer almaqdadır.

Bu barədə araşdırma aparan azerfax.az saytı yazır ki, bankın bütün əməliyyatlarına “Bank Technique” nəzarət edir, hətta kassaya mədaxilləri belə bu maliyyə qrumunun inkasatorları aparır.

Məsələ ilə bağlı “Bank of Azerbaijan”nın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qurum öz fəaliyyətini həmişəki qaydada davam etdirir.

“Bank of Azerbaijan”ın hansısa banka birləşdirilməsi müzakirə mövzusu belə deyil: “Yazılanlar doğru deyil”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm