Kapital Bank çempion oldu
Bizi izləyin

Banklar

Kapital Bank çempion oldu

Kapital Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi oldu. 27 oktyabr 2017-ci il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 13 bankının, ümumilikdə 100-dək əməkdaşla iştirak edib.

3 mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm