Banklar
"Kapital Bank"la özünü sevindir!
Kapital Bank-ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir. Aksiya çərçivəsində Kapital Bank-dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz BirKart təqdim edilir. Həmçinin 8 000 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 15 yanvar 2018-ci il tarixədək keçirilir.
Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü Kapital Bank-dan alanlara şamil edilir.
Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü