İpoteka krediti verən müvəkkil bankların sayı artdı
Bizi izləyin

Banklar

İpoteka krediti verən müvəkkil bankların sayı artdı

2017-ci il İpoteka və Kredit Zəmanət Fondundan üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olunub.

Publika.az xəbər verir ki, bu barədə Fondun hesabatında bildirilib.

Belə ki, ötən ilin sonuna 2016-cı illə müqayisədə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri (692,1 mln.manat) 1,4 dəfə artaraq 958,2 mln.manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln.manat) 2,1-dəfə artaraq 15 mln.manat təşkil edib.

Ötən il ərzində daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət Cəmiyyətin müvəkkil təşkilatları siyahısına əlavə edilib və beləliklə, ipoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulmuş, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb.

Məlumatda bildirilir ki, 2018-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm