"Kapital Bank" 2017-ci ilin nəticələrini elan etdi
Bizi izləyin

Banklar

"Kapital Bank" 2017-ci ilin nəticələrini elan etdi

Kapital Bank-ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm