• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Beynəlxalq Bank” sisteminin çökməsinə aydınlıq gətirdi

  • Banklar
  • 2 İyul 2014 12:49
  • 1 127 Baxış
“Beynəlxalq Bank” sisteminin çökməsinə aydınlıq gətirdi

“Beynəlxalq Bank”ın fəaliyyəti dünəndən etibarən dayanıb. Mətbuatda bu barədə yer alan məlumatlara görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Hətta işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunub.

Yaranmış problemlə bağlı Pubklika.az-a açıqlama verən bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bunun əməliyyatların sayının çoxluğu ilə bağlı olduğunu dedi: “Ayın sonunda əməliyyatların sayı çoxalır. Bununla əlaqədar olaraq proqram sistemində problem yaranmışdı. Həmin proqramın da təminatçısı “Oracle” şirkətidir. Hansı ki ofisi Hindistanda yerləşir. Ölkələr arasında saat fərqi olduğundan bu günü gözləməli olduq”.

R.Ağayevin sözlərinə görə, problem kiçik idi və artıq aradan qaldırılıb: “Hazırda sistem işləyir, eləcə də bankın bütün filiallar fəaliyyətini davam etdirir”.

O ki qaldı filiallarda bank əməkdaşlarının işdən çıxarılmasına, R.Ağayev deyir ki, heç kəs işindən azad olunmayıb: “Problem kiminsə səhvi üzündən baş verməyib. Sistemin özündə kiçik problem yaranmışdı və bunu aradan qaldırmaq üçün bütün sistemi dayandırdıq”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR