İpoteka kreditləri hansı banklarda aktivdir?
Bizi izləyin

Banklar

İpoteka kreditləri hansı banklarda aktivdir?

İpoteka kreditləri hansı banklarda aktivdir?

Banklara qarşı ciddi qanunların qəbul olunması, bəzi kreditlərin dayandırılması ipoteka kreditləri haqqında düşünməyə gətirib çıxardı.

Əhalinin bir çoxu düşündu ki, ipoteka kreditlərinin şərtləri ya ağırlaşacaq, ya da ləğv olunacaq.

Amma ipoteka kreditləri haqqında heç bir sərtləşmə olunmadı və bəzi güzəştlərlə verilməyə davam edir.

Publika.Az ipoteka kreditləri haqqında məlumat verir: Hal- hazırda ölkəmizdə İpoteka fondu xətti ilə ipoteka krediti verən banklar kifayət qədərdir. Bu kreditin göstəriciləri bütün banklarda eynidir.

İpoteka fondu hesabına verilən İpoteka kreditlərinin faiz dərəcəsi illik 8%-dir və bu krediti siz 25 ilə qədər götürə bilərsiniz. (Maksimal məbləğ 50 000 AZN). Bundan əlavə hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə İpoteka fondu xətti ilə güzəştli kredit də verilir.

Güzəştli ipoteka isə 30 ilə qədər və illik 4% verilir. Bankların hal- hazırda bir çox bankda İpoteka fondu xətti ilə ipoteka kreditinin verilişi dayanmışdır.

Lakin bir müddət sonra bu kreditdən digər banklar vasitəsilə də faydalana biləcəksiniz. Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən hər bir ailə (şəxs) yalnız bir dəfə istifadə edə bilər.

Qeyd edək ki, reytinq banklardan müştəri qismində əlaqə saxlanılaraq bankların göstəricilərinə əsasən hazırlanmışdır.

Əgər bankla əlaqə saxladığınız zaman sizə fərqli məlumatlar verilibsə, o zaman bununla bağlı muvafiq orqanlara müraciət edə bilərsiniz.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm