Bir ayda 4,4 milyard manatlıq ÜDM istehsal edilib
Bizi izləyin

Banklar

Bir ayda 4,4 milyard manatlıq ÜDM istehsal edilib

Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 465,6 manat olub

Yanvar ayında 4,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilib.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ÜDM keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksək olub. Əlavə dəyərin 60,4 faizi məhsul istehsalı sahələrində, 32,9 faizi xidmət sahələrində istehsal edilib. 6,7 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb.

Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 465,6 manat (593,6 ABŞ dolları) olub. Əlavə dəyərin 53,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 7,7 faiz artıb. Neft sektorunda isə 6,0 faiz azalıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm