Bir ayda tikintiyə 700 milyon manata yaxın vəsait xərclənib
Bizi izləyin

Banklar

Bir ayda tikintiyə 700 milyon manata yaxın vəsait xərclənib

Yanvar ayında ölkənin tikinti kompleksində 660.9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6.3 faiz çox vəsait istifadə edilib.

Publika.Az xəbər verir ki, onun 378.5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 444.5 milyon manatı yerli mənbələrdən daxil olub. 58.8 faizi (388.6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf edilib. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120.5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm