"Xarici borcumuz ruslardan, ermənilərdən və gürcülərdən azdır" - AÇIQLAMA
Bizi izləyin

Banklar

"Xarici borcumuz ruslardan, ermənilərdən və gürcülərdən azdır" - AÇIQLAMA

Xarici borcumuz ruslardan, ermənilərdən və gürcülərdən azdır

Bu gün Maliyyə Nazirliyi Azərbaycanın xarıcı borclar ilə bağlı məlumatı açıqlayıb.

Nazirliyin məlumatına görə, hal-hazırda xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edir. Nazirlik onu da əlavə edib ki, xarici borcun ÜDM-də nisbəti Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faizdir.

Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb edilib. Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 11.7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 47.1 faiz, avro – 28.8 faiz, yapon yeni – 9.5 faiz, digər valyutalar üzrə isə 2.9 faiz, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.

Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Vüqar Bayramov qeyd etdi ki, nazirliyin xarici borc ilə bağlı rəsmi rəqəmlərinin təhlili Azərbaycanın xarici borclarının mövcud vəziyyətinin bir sıra müsbət və mənfi tərəflərinin olduğunu göstərir:

"Azərbaycanın xarıcı borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.

Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Qonşu Gürcüstan və Ermənistan isə Ukrayna, Qazaxıstan ilə birlikdə MDB-də ən pis göstəriciyə malik ölkələr hesab edilirlər.


Azərbaycanda adambaşın düşən 647.8 dollardır və bu göstəriciyə görə MDB-də yalnız Özbəkistana uduzuruq. Qonşu Gürcüstanda bu göstərici 2923 dollar, Ermənistanda 2755 dollar, Rusiyada 4433 dollar, Ukraniyada 3810 dollar, Qazaxıstanda isə 7824 dollardır.


Azərbaycan misalında digər müsbət məqam isə dövlət rezervlərinin məbləğinin xarici borcları 9 dəfəyə yaxın üstüləməsidir. Bu da “sığorta yastığının” formalaşdırılmasına imkan verir.

Ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borların məbləğinin son illər artmasıdır. Belə ki, əgər 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə indi bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3 ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb.

İllik orta artım isə 20 faizdən çox olub. Azərbaycanda xarici borcun illik yuxarı hədd limiti 2.3 milyard manatdır. Xarici borclanmadakı artımın qarşısıının alınması üçün növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanununa həmin limitin azaldılması daha məqsədəuyğundur.

Eyni zamanda, Maliyyə Nazirliyinin mütamadi olaraq, ən azı ildə 1 dəfə, xarici borcların məbləği ilə bağlı ictimaiyyəti məlumatlandırmasına ehtiyac var. Nazirlik son məlumatdan öncə yalnız 2011-ci ildə xarici borcları məbləği ilə bağlı açıqlama yaymışdı.

Bu isə o deməkdir ki, nə 2012-ci, nə də 2013-cü ildə nazirlik xarici borclanma ilə bağlı məlumatları ictimaiyyətə çatdırmayıb. Bu isə xarici borcların artım dinamikasını zamanında izləməyə imkan vermır".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm