Dövlət istiqrazların emissiyası ilə bağlı bankları səlahiyyətləndirib
Bizi izləyin

Banklar

Dövlət istiqrazların emissiyası ilə bağlı bankları səlahiyyətləndirib

Dövlət istiqrazların emissiyası ilə bağlı “Barclays”, “Deutsche Bank” və “Citi” banklarını səlahiyyətləndirilib

Maliyyə Nazirliyi 2014-cü ildə ilk (debüt) dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

Publika.Az xəbər verir ki, Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazların ilk emissiyası ilə bağlı “Barclays”, “Deutsche Bank” və “Citi” banklarını səlahiyyətləndirib.

Müvafiq olaraq 2014-cü il 03 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur. Azərbaycan Respublikası dünyanın aparıcı üç kredit reytinq agenliyinin – “Fitch” (BBB-), “Moody`s” (Baa3) və “Standard & Poor`s” (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm