Donoru qaradərili oldu, özü də “qaraldı”- FOTO
Bizi izləyin

Bilgi.az

Donoru qaradərili oldu, özü də “qaraldı”- FOTO

Rusiya sakini Semyon Qendlerə 15 il bundan əvvəl hepatit diaqnozu qoyulub. 2010-cu ildə isə həkimlər hepatitin nəticəsində onda qara ciyər xərçəngi aşkar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qendler müalicə almaq üçün ABŞ-a yollanıb. 500 min dollara başa gələn əməliyyat düz 9 saat çəkib. Sonda isə ona afroamerikalının qara ciyəri qoyulub. Lakin bir müddətdən sonra rusiyalının dərisi qaralmağa başlayıb. Həkimlərin sözlərinə görə, onun rənginin dəyişməsi qaraciyər donorunun afro amerikalı olmasıdır.

Qendler deyib: "Donorun qaraciyəri bütün parametrlərinə görə uyğun gəlirdi. Əvvəlcə mənə ağ dərili insanın qara ciyərini köçürmək istədilər, lakin onun tamamilə sağlam olmadığı barəsində də xəbərdarlıq etdilər qara dərili donorun isə qara ciyəri sağlam idi. İşi ləngitmək olmazdı və mənim isə ikinci variantım yox idi".

Qendler getdikcə qaralmasına baxmayaraq, özünü yaxşı hiss edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm