İt balası iki ildən sonra ayıya çevrildi – VİDEO/FOTO
Bizi izləyin

Bilgi.az

İt balası iki ildən sonra ayıya çevrildi – VİDEO/FOTO

Çinin Yunnan vilayətində yaşayan Vang Kayui adlı şəxs iki il əvvəl vyetnamlıdan iki it balası alıb. İtlər böyüyəndə onlarda bəzi fərqliliklər hiss etsə də, bunun itlərin aid olduğu cinslə bağlı olduğunu düşünüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, "it" balalarının toyuqları öldürməyə başladığını görən Kayui heyvanların Asiya qara ayısı olduğunu öyrənib.

"Bir heyvanların hərəkətlərinin qəribə olduğunu anlamışdım. İtlər yemək üçün toyuq öldürürdülər və çəkiləri 45 kiloqrama çatmışdı", - o, deyib.

Evində 2 ədəd heyvanı qeyri-qanuni bəslədiyini fərq edən Kayui təhlükəsizlik bürosu və heyvan müdafiəçilərinə xəbər verib. Heyvanların təbiətə buraxılacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm