Ağcaqanadlarla mübarizə aparmayanlar cərimələnəcək
Bizi izləyin

Bilgi.az

Ağcaqanadlarla mübarizə aparmayanlar cərimələnəcək

İtaliyada ağcaqanadlarla mübarizə aparmayanlar 50-500 avro dəyərində cərimələnəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cərimə İtaliyanın şimalında yerləşən Montebelluna şəhər əyalətinə xasdır. Ağcaqanadlarla mübarizə təkcə onların çoxalmasının qarşısını almaq məqsədi güdmür. "Qansovuran" həşəratların sayının çoxalmasına səbəb olan yerli sakinlərə qarşı da mübarizə başlayıb.

Ona görə də, bu əyalətdə oktyabr ayına kimi yağış suyunun yığılmasına şərait yaradan bir sıra təsərrüfat işləri qadağan edilib. Bu isə o deməkdir ki, sakinlər ev və iş yerinin pəncərəsini açıq qoya, eyvan və bağda yağış suyunun yığılmaması üçün gül dibçəkləri saxlaya bilməz.

Bundan əlavə, sakinlər ağcaqanadların çoxalmaması üçün quyuları dezinfeksiya etməli, otları biçməlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm