Norveçdə dənizin altında partlayış olub - FOTO
Bizi izləyin

Bilgi.az

Norveçdə dənizin altında partlayış olub - FOTO

Norveçin Bremanqer əyalətində iki metrlik sualtı Skatestraum tunelində güclü partlayış baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 16,5 ton benzin daşıyan avtosisterndə baş verib. Belə ki, yük maşınından aralanan sistern divara çırpılıb. Toqquşmadan güclü yanğın başlayıb və ərazini tüstü bürüyüb.

Hadisə yerinə xilasedicilər və fövqəladə hallar nazirliyinin əməkdaşları cəlb olunub. Yerli mətbuatın verdiyi məlumatda bildirilir ki, yük maşının sürücüsü daxil olmaqla 13 sürücü və sərnişinlər xəsarətsiz ötüşərək tuneldən çıxıb. Hüquq mühafizə orqanları təhlükəsizlik naminə yaxınlıqdakı insanları da evakuasiya ediblər.

Lakin parlayış baş verdiyindən xilasedicilər də tezliklə tuneli tərk etməli olub. Tunnelin tezliklə söküləcəyi haqda məlumat verilib. Çünki 90 metr dəniz altında inşa edilən tunelə su sızmağa başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm