Rekorda imza atmış qadınlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Rekorda imza atmış qadınlar - FOTOLAR

Hər bir qadın özlüyündə unikaldır. Lakin elə qadınlar var ki, onlar bir çoxlarından fərqlənir.

Publika.az Ginnesin Rekordlar kitabına düşmüş maraqlı qadınları təqdim edir:

Elisani Silva

Bu, dünyanın ən hündür qızıdır. Onun boyu nə az, nə çox 206 santimetrdir. Qız hələ 14 yaşından bu boya malikdir. Hipofiz vəzinin xəstəliyi Elisaninn boyunu uzadıb. 3 il bundan əvvəl onun şişi götürülüb, ona görə də qızın boy artımı dayanıb.

Cioti Amqe

Dünyanın ən alçaq boylu qızı 1993-cü ildə Hindistanda doğulub. Qızın 18 yaşı olarkən boyu 70 santimetr, çəkisi isə 12 kiloqram olub. Cioti boy hormonundan əziyyət çəkir. Buna baxmayaraq, Cioti adi həyat tərzi keçirir, aktrisa və ya model olmağı arzulayır.

Çariti Pirs

Bu Çariti dünyanın ən ağır çəkili qadınıdır. Onun çəkisi 347 kiloqramdır. O, görkəminə və yerindən tərpənə bilməməsinə baxmayaraq, özünə sevgili də tapa bilib.

Valeriya Lukyanova

Odessa şəhərindən olan Valeriya "canlı Barbi kuklası" adını alıb. Onun sözlərinə görə, sinə implantı xaric olmaqla bədənində hər yer təbiidir. Lakin onun bu sözlərinə şübhə edənlər də tapılıb.

Mendi Sellars

Bu qadın Proteya xəstəliyindən əziyyət çəkir və dünyanın ən iri ayaqlarına malikdir. Bütün çətinliklərə baxmayaraq, Mendi universiteti bitirib və psixologiya üzrə bakalavr dərəcəsi alıb.

Aneta Florçik

Polşalı ağırlıq qaldıran Aneta öz gücü ilə fərqlənir. O, qadın üçün rekord hədd olan 500 kiloqramı qaldıra bilir. Bundan əlavə, Aneta 2 dəqiqə ərzində başı üzərinə 12 kişi qaldırıb.

Mikel Ruffinelli

40 yaşlı amerikalı qeyri-adi iri ombalara malikdir. Bununla belə, Mikel səhhətindən şikayətlənmir. Əri isə ona hər gün gözəl olduğunu deyir.

Culiya Qnus

Culiya dünyanın ən çox tatulu qızıdır. Onun bədənində 400-ə yaxın tatu var.

Ebigeyl və Brittani Hensel

Hensel siam əkizlərinin bir bədən gövdəsi, 2 başı, 2 əli və 2 ayağı var. Qızlar bədən cəhətdən bir-birinə bitişik olsalar da, hərənin özünəməxsus xasiyyəti və istəyi var. Hensel bacılar universiteti bitirib və fərqli diplomlar alıblar. Onlar digərlərinə nümunə olaraq yerli məktəblərin birində dərs deyirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm