Küçə süpürgəçisi belə məşhur oldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Küçə süpürgəçisi belə məşhur oldu - FOTOLAR

Rio De-Janeyro küçələrini təmizləyən Rita Mattos seksual fotolarını və iş geyimində çəkdirdiyi fotolarını internetdə yerləşdirdikdən sonra məşhurlaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yerli sakinlər 23 yaşlı küçə təmizləyicisinə "Seksual süpürgəçi" adını veriblər.

Ayda 450 dollar qazanan Mattos, geyimə görə insanlara qiymət verilməsinin əleyhinədir və o, narıncı iş geyimində seksual pozlar verməklə bir kəsi xarici görünüşünə görə qiymətləndirməməyi tövsiyə edib.

O deyib: "İnsanlar mənim küçə süpürməyimə təəccüblə yanaşır. Onların sözlərinə görə, gözəl qız küçələri süpürə bilməz. Məgər küçə süpürən kifir olmalıdır? Mən öz işimlə qürur duyuram".

Səhər saat 4:20-də yuxudan oyanan Mattos düz 12 saat ərzində zibil qablarını, drenaj borusunu boşaldır, küçələri təmizləyir.

Mattos 7 ildir ki, digər bir küçə təmizləyicisi ilə sevgilidir. Hər bir braziliyalı kişi onunla görüşməyə can atsa da, Mattias tanışlıqları rədd edir. Mattosa model kimi çalışmaq da təklif olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm