Aktrisanın Obamanı şoka salan təklifi
Bizi izləyin

Bilgi.az

Aktrisanın Obamanı şoka salan təklifi

Oskar laureatlı aktrisa Şarliz Teron komediya ustası Cimmi Kimmelin "Late Night" adlı şousunda öz etirafı ilə hər kəsi təəccübləndirib. O, ABŞ prezidenti Barak Obama ilə ilk tanışlıq zamanı onu striptiz-kluba dəvət etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, aktrisa dövlət başçısı ilə söhbət zamanı çox həyəcanlandığını və buna görə də, gözlənilmədən belə qəribə təklif etdiyini bildirib.

"Onunla efirə eyni vaxtda çıxmayacağımız üçün qarşılaşacağımızı düşünmürdüm. Ancaq köməkçiləri gedib prezidentlə görüşməyim üçün təkid etdilər. Obama verilişə çıxmasının gənclərlə ünsiyyət qurmaq üçün yaxşı bir üsul olub-olmadığını soruşdu. Mən də zarafatla "əgər gənc nəsillə dil tapmaq istəyirsinizsə, sizi striptiz kluba apara bilərəm", - dedim. Özümü gərgin hiss edəndə həmişə belə olur. İstəmədən ağzımdan lazımsız sözlər çıxır. Bunun qarşısını necə alacağımı bilmirəm".

Bu etirafından sonra zarafatla "Aman Tanrım, Mişel Obama məni öldürəcək", deyən aktrisa tamaşaçıların qəhqəhəyə boğulmasına səbəb olub.

Verilişin aparıcısı Cimmi Kimmel isə bu zarafat başqa bir zarafatla qarşılıq verib.

O, "əgər o təklifi keçmiş prezident Bill Klintona etsəydin, əminəm ki, səninlə gələrdi".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm