Arıqlamaq istədi həyatından oldu
Bizi izləyin

Bilgi.az

Arıqlamaq istədi həyatından oldu

İngiltərədə 21 yaşlı qızın arıqlamaq istəyi ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, Eloise Parry adlı qız lazım olandan çox dərman qəbul etdiyinə görə ölüb.

Arıqlatmaq üçün qəbul edilən dərman və çayların insanların səhhətində ciddi problemlərə səbəb olması barədə çox eşitmişik. Lakin İngiltərəli qızın başına gələn daha faciəvi olub. Gündə bir dəfə içməli olduğu dərmanı 24 saat ərzində 8 dəfə qəbul edib. Özünü narahat hiss etdiyinə görə, gecə maşını işə xəstəxanaya gedib.

Xəstəxanada məlum olub ki, qız bulumiya xəstəliyindən əziyyət çəkir. Bu insanlar nə qədər çox yesələr də, doymurlar. Eloise də arıqlamaq üçün dərmanları normadan çox qəbul edib.

Həkimlərin bütün səylərinə baxmayaraq onun hərarətini aşağı salmaq mümkün olmayıb və nəticədə qız ölüb. Ölümünə bir neçə saat qalmış xəstəxanada son olaraq sosial şəbəkəyə girərək "Deyəsən öləcəm, düşüncəsizliyimə görə məni bağışlayın" sözlərini yazıb.

Qeyd edək ki, bu dərmanlardan daha əvvəl İngiltərədə 6 nəfər həyatını itirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm