Afrika cəngəlliyini xatırladan bağ - VİDEO
Bizi izləyin

Bilgi.az

Afrika cəngəlliyini xatırladan bağ - VİDEO

Tovuzun Alakol kəndində yaşayan Şahin Kazımov 45 ildir ki, bağbanlıq edir.

TTV (Region TV ) xəbər verir ki, onun bağında meyvə ağacları ilə yanaşı müxtəli növ güllərə, xaricdən gətirilmə dekorativlərə də rast gəlmək mümkündür. Dekorativ ağac və güllərin becərilməsi xüsusi diqqət və zəhmət tələb edir. Şahin Kazımov deyir ki, bu güllərin becərilməsi xüsusiyyətləri fərqlidir.

Bağban gül növlərini toxumlar vasitəsilə əldə edir. Əvvəl toxumları dipçəklərdə bəsləyir. Sonra isə bağa köçürür. Gül toxumlarının bəziləri 3 ilə, bəziləri isə 7-8 ilə əmələ gəlir.

Palma, Qardina, Aquba, Azaliya, Razyana və başqa ağac və güllərin əksəriyyəti xarici ölkələrdən gətirilib. Bu səbəbdən qiyməti də bahadır. Ən ucuzu 150 manat, ən bahalısı isə 2 min manatdır. Bu ağacları satmaqla ailəsinin dolanışığını təmin edən bağban, bitkilərdən həm də mənəvi qida aldığını deyir. Bağban gələcəkdə bağını daha da genişləndirmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm