Səudiyyə kralı istirahətə başladı, çimərlik bağlandı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Səudiyyə kralı istirahətə başladı, çimərlik bağlandı - FOTOLAR

Səudiyyə Ərəbistanının kralı, 79 yaşlı Salman ibn Əbdüləziz dünən Fransanın Rivyera kurortuna istirahətə yollanıb. Kralı 987 nəfər müşayiət edir.

Milli.Az European-a istinadən bildirir ki, kralın istirahəti 3 həftə davam edəcək. Onun ailə üzvləri və yaxın qohumları Antib ilə Marsel şəhərləri arasındakı Valloris bölgəsində, Mirandol çimərliyində yerləşən superlüks "Chateau De l'Horizon" villasında, 729 nəfərlik heyət isə Kann şəhərindəki beşulduzlu otellərdə, sutkası 1000 avroluq nömrələrdə yaşayacaqlar.

Kanndakı otel şəbəkələrinin sahibləri Salman ibn Əbdüləzizin istirahətini "yaxşı xəbər" sayırlar. Yerli sakinlərsə Mirandolda kralın villasının qarşısındakı çimərliyin "təhlükəsizliyin təminatı ilə bağlı" qapadılmasını qanunsuzluq və özbaşınalıq hesab edirlər.

Polislər çimərliyə girişi qapatmaqla yanaşı, 300 metr radiusda suya da girişi yasaqlayıblar. Səbəb kralın yaxta gəzintisini sevməsidir. Şəhərin 100 min sakini etiraz müraciəti imzalasalar da, bir nəticə hasil olmayıb.
Məhdudiyyətlər kralın istirahətinin başa çatacağı günədək, avqustun 20-dək qüvvədə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm