Leninlə selfi çəkdir, pul qazan - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Leninlə selfi çəkdir, pul qazan - FOTOLAR

Rusiyada SSRİ-nin banisi Vladimir İliç Leninlə bağlı maraqlı müsabiqəyə start verilib.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Komi Respublikasının gəncləri "Leninlə selfi" ümumrusiya foto-müsabiqəsinə başlayıblar.

Müsabiqənin şərtlərinə əsasən Vladimir Ulyanovla ən yaxşı foto çəkdirəni yüksək mükafat gözləyir. Elə buna görədir ki, gənclər qollarını çırmayıb, hədiyyə qazanmaq ugrunda səy göstərirlər. Təkcə son 2 gündə 1000-dən çox gənc Leninin abidələri və portretləri ilə şəkillər çəkdirib.

Müsabiqədə ruslarla yanaşı, ayrı-ayrı xalqların nümayəndələri də iştirak edə bilər. Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov ölkə gənclərinin bu ideyasını dəstəklədiyini deyərək, "Lenin buna görə sizə minnətdar olacaq" – deyə müsabiqəyə öz xeyir-duasını verib.

Qeyd edək ki, Rusiyanın bir sıra yerlərində SSRİ-nin qurucusunun büstləri, abidələri qalmaqdadır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm