Bu dağdan bal yığılır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu dağdan bal yığılır – FOTOLAR

Bal yığımı hələ qədim dövrlərdən minlərlə insanın gəlir mənbəyi olub. Yazılı mənbələrə inansaq, artıq 15 min ildir ki, ailələr bu nemətdən faydalanırlar. Bal yığımı xüsusən Nepalda min illərlədir sakinlərin çörək ağacına çevrilib.

Publika.az xəbər verir ki, bu ölkədə xeyli insan sırf arı balını toplamaqla dolanır. Belə ki, Nepalda yerləşən dağların 1200-4000 metr hündürlüyündə hər gün xeyli bal yığılır.

Qəribədir ki, arı yuvaları və pətəklər bu yüksəkliklərin qayalarında yerləşir. Bu səbəbdən də nepallılar belə çətin şəraitdə, kəndrilərdən hazırlanmış nərdivanlarla qayalara dırmaşaraq bal yığırlar. Kiçik səhv onların həyatı bahasına başa gələ bilər.

Adətən bal yığımı ildə 2 dəfə həyata keçirlilir. Ovçular qruplara bölünərək, Himalay dağlarına üz tuturlar.

Bal yığımı pətəklərin ölçüsündən asılı olaraq 2-3 saat davam edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm