Çe Gevaranın saçı, Eynşteynin beyni, Qalileyin barmaqları – orqanları kəsilmiş dahilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Çe Gevaranın saçı, Eynşteynin beyni, Qalileyin barmaqları – orqanları kəsilmiş dahilər - FOTOLAR

Dünyada öz yaxşı və ya pis əməlləri ilə iz qoymuş insanlar təkcə fəaliyyətləri ilə deyil, həm də bədən üzvləri ilə qalmaqdadır. Bu yaxınlarda aparılmış araşdırmalar zamanı məlum olub ki, bəzi məşhurlar dünyalarını dəyişdikdən sonra onların daxili və ya xarici orqanları kəsilərək götürülüb. Özü də çox gizli şəkildə.

Publika.az bədən orqanları kəsilmiş bəzi şəxslərlə bağlı araşdırmanı təqdim edir.

İtaliyada faşizmin əsasını qoymuş Benito Mussolini 1945-ci ilin aprelində partizanlar tərəfindən öldürüldükdən sonra onun beyni çıxarılıb və Milandakı xəstəxanaya gətirilib. Bir neçə il sonra onun orqanının satışa çıxarılması haqda elan verilib. Lakin faşist liderinin beyni ilə pul qazanmaq istəyənlər İtaliyada orqan satışının qadağan edildiyini bildikdə bu elanı dərhal yığışdırıblar.

Oğlan uşağı dünyaya gətirməyən, xəyanət ittihamı ilə edam edilmiş İngiltərə kraliçası Anna Boleyn də daxili orqanları kəsilmiş şəxslərdəndir. Belə ki, əri Henri qadının ürəyinin çıxarılmasını əmr edib. O, qadının ürəyinin Suffolkdakı kilsələrdən birində, xüsusi qutunun içində saxlanılması haqda göstəriş verib. Anna Boleynin qəlbi bir neçə il sonra torpağa gömülüb.

Yerin Günəş ətrafında fırlandığını iddia etməsi səbəbindən katolik kilsəsinin qəzəbinə tuş gəlmiş məşhur alim Qalileo Qaliley öldürülməzdən əvvəl onun 3 barmağını kəsib götürmüşdülər. Bu olay əsrlər əvvəl baş versə də, Qalileyin barmaqlarının müasir dövrümüzə qədər qalması bir müddət əvvəl üzə çıxdı. Belə ki, əntiq şeylər həvəskarlarından öz kolleksiyasına onun da barmaqlarını qatmışdı. Bu barmaqlar hal-hazırda Florensiyanın Tarix Muzeyində saxlanılır.

Bir zamanlar ABŞ işğalçılarına qarşı mübarizə aparmış yerli hindu tayfalarının rəhbəri Geronimo da daxili orqanları kəsilmiş şəxslərdəndir. Onun məzarı qazılıb və məşhur qəhrəmanın başı kəsilərək qəbirdən götürülüb.

Məşhur ingilis sosioloqu Ceremi Bentamın vəsiyyətinə əsasən, onun meyiti mumiyalanıb. Cəsəd bu gün də "Univercity of College London" universitetində sərgilənir. Sərgilənməyə başlandıqdan bir qədər sonra cəsədin kəlləsi meyitin üzərində dayanmadığından bal mumundan xüsusi kəllə düzəldilib. Bentamın öz başı isə ayaqların arasına qoyulub. Lakin universitet tələbələrinin kəllə ilə zarafatlarından sonra alimin başı gizli yerdə ciddi mühafizə altına alınıb.

Eşitmə qabiliyyətində problemlər olmuş Lyüdviq van Bethoven öldükdən sonra qulaqları kəsilib.

Kuba inqilabının komandantelərindən olmuş məşhur solçu Çe Gevara edam edildikdən sonra Qustavo Villoldo tarixi şəxsiyyətin saçlarını kəsib və bəzi əşyalarını da götürüb. Onun saçı 2007-ci ildə 119 500 dollara satıldı.

Ötən əsrin dahi alimi Albert Eynşteyn dünyasını dəyişdikdən sonra Prinston Xəstəxanasının əməkdaşı Tomas Stolts Harvey onun beynini çıxararaq tədqiq olunması üçün ayrı-ayrı ekspertlərə göndərib.

Yeri gəlmişkən, alimin beyni bir dəfə oğurlanıb.

Almaniyanın faşist lideri Adolf Hitlerin də kəllə sümüyü Moskva Arxivində saxlanılır. 1945-ci ildə alman təyyarəçisi Baumqart Hitleri Berlindən qaçırdığını iddia etdikdən sonra fürerin daxili orqanları Stalinin əmri ilə şüşə bankalara doldurularaq tədqiqat üçün Moskvaya gətirilib. Analizlərdən sonra orqanların Adolf Hitlerə məxsus olması üzə çıxıb. Stalin yalnız bundan sonra rahatlıq tapa bilib. Oqranların bir qismi, Hitlerin nəşi birdədəlik məhv edilsə də, onun kəlləsi Moskvada saxlanılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm