Elmə məlum olmayan təhlükəli qurbağalar aşkarlanıb - FOTO
Bizi izləyin

Bilgi.az

Elmə məlum olmayan təhlükəli qurbağalar aşkarlanıb - FOTO

Braziliya alimləri dünya elminə məlum olmayan iki zəhərli qurbağa aşkarlayıblar.

Bu sarıdərili qurbağalar "Corythomantis greeningi" və "Aparasphenodon brunoi" adlanır. Braziliyanın tropik meşələrində yaşayan həmin qurbağaların zəhərinin ilan zəhərindən 25 dəfə güclü olduğu aşkar edilib. Suda-quruda yaşayan bu heyvanlarda həm də öz zəhərlərini potensial qurbanlarının bədəninə çatdırma mexanizmi var.

Ekspedisiya zamanı alimlər laboratoriya şəraitində siçanların üzərində təcrübə aparıblar və dünya elmində yenilik hesab edilən həmin qurbağaların çox təhlükəli olduğu müəyyənləşdirilib.

Yeni tapılan qurbağalar barədə "Current Biology" jurnalında elmi məqalə dərc edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm