Timsahın göz yaşları ilə qidalananlar
Bizi izləyin

Bilgi.az

Timsahın göz yaşları ilə qidalananlar

Araşdırmalar timsah göz yaşları ilə bağlı bir sirri üzə çıxarıb. Publika.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, vacib mineral maddələrlə zəngin olan timsah və qurbağanın göz yaşları çoxalma qabiliyyətini artırır.

Gündəlik həyatda səmimi olmayan insanlar üçün "timsah göz yaşları" ifadəsini tez-tez işlədirik. Bizim lağ obyektimizə çevrilən timsah göz yaşları əslində, şəfa mənbəyiymiş. Bəlkə siz də heyvanlarla bağlı sənədli filmlərdə timsahların və tısbağaların üzərinə qonan kəpənəkləri görmüsünüz. Bu vaxta kimi araşdırmaçılar kəpənəklərin bu hərəkəti niyə etdiklərini bilmirdilər. Ancaq araşdırmalar göstərib ki, kəpənəklərlə timsah və tısbağalar arasında çox maraqlı bir əlaqə var. Belə ki, bəzi kəpənək növləri bu heyvanların göz yaşları ilə qidalanırlar.

"National Geographic"dən verilən məlumata görə, kəpənəklər çoxalma qabiliyyətlərini artırmaq və onlar üçün vacib olan mineral maddələri əldə etmək üçün timsah və tısbağaların göz yaşlarını içirlər.

Publika.az timsah və tısbağaları qida mənbəyinə çevirən həmin kəpənəkləri təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm