Bilgi.az
Kişi beyni qadın beynindən nə ilə fərqlənir
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, qadın və kişi beyinləri arasında molekulyar quruluşun müxtəlif olmasından irəli gələn obyektiv biolojı fərq mövcuddur.
Tədqiqat barədə məlumat "Neyronauka" jurnalinda dərc olunub. Məlumatda deyilir ki, URB597 dərman vasitəsi qadın beyninə düşərək neyromediatorların (elektrik impulslarının neyronlardan əzələ toxumasına ötürülməsinə kömək edən biolojı aktiv kimyəvi maddələr) əmələ gəlməsi səviyyəsini azaldır, halbuki kişilərin beyni bu dərmana heç bir reaksiya vermir. Dərman qadında ilk növbədə yaddaş, motivasiya, iştah və ağrı kimi beyin proseslərində iştirak edən anandamidin, neyromediatorun funksionallığını artırır. Bunlar, həmçinin epilepsiya xəstəliyində və müxtəlif nevrolojı pozuntu hallarında böyük rol oynayır. Beləliklə, bu cür molekulyar gender müxtəlifliyinin kəşfi yeni faktları nəzərə almaqla, kişi və qadın pasiyentlərə terapevtik təsir tədbirlərini yaxşılaşdırmağa kömək edir.
Tədqiqat qrupunun başçısı doktor Ketrin Vulli qeyd edib ki, beyində cinsiyyət müxtəlifliyinin öyrənilməsi, məsələn, xəritəni kimin daha yaxşı oxumasını, yaxud nə üçün müəyyən peşələri qadınların deyil, məhz kişilərin seçdiyini müəyyən etmək biologiyanın və təbabətin həm kişilərin, həm də qadınların sağlamlığı naminə səmərəli işləməsinə nail olmaq məqsədi daşıyır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB