Prezident qızları üçün alış-verişdə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Prezident qızları üçün alış-verişdə - FOTOLAR

ABŞ prezidenti Barak Obama alış - verişə çıxıb.

Prezident geyim mağazalarından birinə baş çəkib. Obama Nyu-Yorkdakı mağazadan qızları və həyat yoldaşı Mişel Obama üçün alış-veriş edib.



Prezident qızları Saşa və Malia üçün sviter alıb. O, çərhayı jaketləri yaxşı-yaxşı yoxlayandan sonra seçimindən əmin ola bilməyib. ""V" yaxadan bir az narahatam", deyərək başqa geyimlərə baxmağa başlayıb.


Daha sonra bir necə dəqiqə çorab seçimi ilə məşğul olub. Mağazadakı məhsullara baxandan sonra prezidentin seçimi mavi pencək və iki jaket olub.


Obama hesabı kredit kartı ilə ödəyib. Satıcılarla qısa müddət zarafatlar edən Obama mallarını alandan sonra oranı tərk edib.



Əslində B.Obamanın bu mağazaya gəlməsi təsadüfü olmayıb. Belə ki, qeyd edilən mağaza ötən il işçilərinin saatlıq gəlirini 9 dollardan 10 dollara qaldırmışdı./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm