Sirrli yuxular haqqında nə bilirik?
Bizi izləyin

Bilgi.az

Sirrli yuxular haqqında nə bilirik?

Yuxu bilavasitə ruhla bağlı olan hadisədir. Ruha aid olan məchulluq, qeyri-müəyyənlik, sirlilik xüsusiyyətləri yuxuya da aiddir. Yuxu zamanı insan bədəni isə bir növ iflic olur.

Publika.az tilsimli yuxular haqqında maraqlı məlumatları təqdim edir:

Çoxlu yuxu görürsünüzsə...

Çoxunuz bəlkə də heç fərqində deyilsiniz, bəlkə də tez unudursunuz, amma normal bir insan həyatı boyu 100 000-dən çox yuxu görür. Bəziləri gördüyü yuxuları təfərrüatı ilə xatırlayır, bəziləri isə nə gördüklərini heç cürə xatırlaya bilmirlər. Yuxudan oyandıqdan 5 dəqiqə sonra insan yuxusunun 50 faizini, 10 dəqiqə sonra isə 90 faizini unudur.

Elm təsdiqləməsə də, yuxu əsnasında beynimizin fikirlərimizə nəzarət etdiyi güman edilir.

Öyrənməyə yardım edirlər

Əslində gün ərzində öyrəndiyimiz, ya da öyrənməyə cəhd etdiyimiz şeylər yuxuda da təkrarlanır. Bu səbəbdən imtahanlara yatmazdan əvvəl çalışmaq daha yaxşı nəticələr əldə etməyə kömək edir.

İntim yuxular

Araşdırmalara görə, qadınlar menstruasiya zamanı daha çox cinsi məzmunlu yuxu görürlər. Araşdırmalara görə, cinsi məzmunlu yuxuların 4 faizi orqazmla bitir.

Kabuslar yaxşı əlamət ola bilər!

Kabus görmək qorxusu ilə yuxuya gedə bilmirsiniz? Qorxmayın, çünki kabuslar hər zaman bədlik gətirmirlər. Özünüzü təzyiq altında hiss etdikdə və ya məsuliyyət hissi artdıqda yuxularda kabus görə bilərsiniz. Hətta kabuslar bu məsələlərdə uğur əldə etmənizi təmin edə bilər.

Xoruldayan insan yuxu görmür

Xoruldayan zaman insan yuxu görmür. Bunun elmi izahı yoxdur.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm