Qoyunlar səhnəyə ayaq açdı – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Qoyunlar səhnəyə ayaq açdı – FOTOLAR/VİDEO

Şekspirin "Kral Lir" tamaşası əsrlər boyudur ki, teatr səhnələrində nümayiş etdirilir. Lakin Londonda baş tutan teatr səhnəsində məşhur əsər 1 insan, 9 qoyun tərəfindən canlandırılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur faciə 24 yaşlı Alasdair Saksenanın rejissorluğu və aktyorluğu sayəsində baş tutub.

"Kral Lir və Qoyunlar" kimi təqdim olunan səhnəciyin ərsəyə gəlməsi ssenariçi Missuri Uilyamsın beyninə gəlib. Hər zaman insanlarla çalışan Missuri onlarla işləməkdən bezərək bu səfər qoyunlarla çalışmağı üstün tutub. Ona görə də Uilyams məşhur əsəri 1 aktyor və 9 qoyunun ifasında görmək istəyib.

Aktyor Saksenanın sözlərinə görə, qoyunlarla işləmək elə insanlarla işləmək kimidir və heç də çətin deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm