Kosmik liftin fotoları yayıldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kosmik liftin fotoları yayıldı - FOTOLAR

Kanadanın "Thoth Technology" şirkəti kosmik orbitə aparatların buraxılması üçün nəzərdə tutulan 20 kilometr hündürlükdə olacaq liftin inşasına patent qazanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, unikal tikili, Dubayda yerləşən dünyanın ən hündür binası Burc Xəlifədən 20 dəfə hündür olacaq.

Layihəni hazırlayan professor Brendan Kuinin sözlərinə görə, qüllənin müəyyən bir hissəsindən orbitə kosmik aparat buraxılacaq. Geri qayıdan kosmik aparat həmin qüllənin başqa bir hissəsindən isə lazımı ləvazimatları götürüb yenidən kosmosa qalxacaq.

Nəhəng kosmik lift boru şəklində kevlar və polietilen qarışığından hazırlanmış materialdan tikiləcək. Borunun içərisinə isə helium doldurulacaq.

Tikilinin nə vaxt inşa ediləcəyi hələ də bilinmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm