Həyat yoldaşını aldadan 32 milyon kişi ifşa olundu
Bizi izləyin

Bilgi.az

Həyat yoldaşını aldadan 32 milyon kişi ifşa olundu

Hakerlər "Ashley Madison" adlı evli insanların tanışlıq saytının 32 milyon üzvünün məlumatlarını internetdə dərc ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, saytın 32 milyon kişi istifadəçinin məlumatlarını ələ keçirən hakerlər bununla da həyat yoldaşlarını aldadanları ifşa ediblər.

Açıqlanan məlumatlar arasında "Ashley Madison"a üzv olanların adları, ünvanları, kredit kartlarının nömrələri və istifadəçi şifrələri yer alıb.

"Pseudonym The Impact Team" adlı hakerlər qrupu bir ay əvvəl verdiyi açıqlamasında saytın bağlanmayacağı halda istifadəçilərlə bağlı məlumatları dərc edəcəyini bildirib. Sayta aid məlumatların kimlər tərəfindən ələ keçirildiyini öyrənmək üçün ABŞ və Kanada polisi araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm