Faşist liderinin 300 tonluq qızıl qatarı tapıldı - SENSASİYA
Bizi izləyin

Bilgi.az

Faşist liderinin 300 tonluq qızıl qatarı tapıldı - SENSASİYA

Polşada İkinci Dünya müharibəsi zamanı yoxa çıxan qatar tapılıb. Nasistlərə məxsus qatarın içində qızıl, daş-qaş və silah olduğu iddia edilirdi.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zirehli qatar 1945-ci ildə Polşanın Vroklav şəhəri yaxınlığında yoxa çıxıb. Uzun illər tədqiqatçılar, araşdırmaçılar və tarixçilər bu qatarı tapmağa çalışıblar. Amma bütün axtarışlar nəticəsiz qalmışdı.

Bu yaxınlarda Polşanın cənubi-qərbində kiçik bir əyalətdə fəaliyyət göstərən hüquq bürosu maraqlı xəbər yayıb. Məsələ burasındadır ki, büro ilə əlaqəyə girən iki nəfər qatarı tapdığını söyləyib. Polşa mətbuatının xəbərinə görə adıçəkilən şəxslər qatarda olan var-dövlətin 10%-ini istəyirlər.

Polşanın yerli xəbər portalları bu iddianın ikinci dünya müharibəsi zamanı Ksiaz qalası yaxınlarında yoxa çıxan qatar haqda dolaşan əfsanəyə uyğun olduğunu yazır. Çünki yuxarıda adı hallanan hüquq bürosu da Ksiaz qalasından 3 km məsafədə yerləşən Valbrzux qəsəbəsində fəaliyyət göstərir. Qəsəbə bələdiyyəsinin Marika Tokarska adlı nümayəndəsinin bildirdiyinə görə, hüquqçular, ordu, polis və FHN əməkdaşları bu məsələ ilə bağlı araşdırma aparırlar. Əvvəllər bu ərazidə arxeoloji qazıntılar aparılmayıb. Bu səbəbdən qazıntı işlərinin hansı nəticə əldə edəcəyi bilinmir.

Başqa bir xəbər portalının verdiyi məlumata görə, qatarı tapdığını iddia edən şəxslərdən biri alman, digəri isə polşalıdır.

Xatırladaq ki, nasistlərin əfsanəvi qatarının uzunluğu 150 metrdir və 300 ton qızıl yüklüdür. Coanna Lamparska adlı bir tarixçinin fikrinə görə, qızıl və təhlükəli maddə ilə yüklənmiş qatar bir tuneldə yoxa çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm